Pərviz Şahbazov: "Azərbaycan Türkiyəyə investisiyalarını artıracaq"

Pərviz Şahbazov: "Azərbaycan Türkiyəyə investisiyalarını artıracaq" Bakı. 20 oktyabr. REPORT.AZ/ STAR Neft Emalı Zavodu Azərbaycanın qardaş Türkiyəyə qoyduğu investisiyanın bir hissəsidir.
İnfrastruktur
20 Oktyabr , 2018 14:54
Pərviz Şahbazov: Azərbaycan Türkiyəyə investisiyalarını artıracaq
Energetika naziri Pərviz Şahbazov / Report/ Firi Salim

Bakı. 20 oktyabr. REPORT.AZ/ "STAR Neft Emalı Zavodu Azərbaycanın qardaş Türkiyəyə qoyduğu investisiyanın bir hissəsidir". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyəyə investisiyalarını artıracaq: "Bilirsiniz ki, Azərbaycan Türkiyənin energetika sektoruna çox böyük investisiya yatırıb. Ümumilikdə, Türkiyə tarixində qoyulan ən böyük xarici investisiyadır. Sözsüz ki, Azərbaycan enerji dövlətidir və ölkəmizin bu sahədə böyük təcrübəsi var. Eyni zamanda Azərbaycan Türkiyəyə qaz, Türkiyə üzərindən neft ixrac edir. STAR Neft Emalı Zavodunun açılması Azərbaycanın Türkiyə, ümumiyyətlə, bölgədə mövqelərini daha da gücləndirəcək".

Son xəbərlər

Orphus sistemi