Yuxarı

Perm-Bakı aviareysini yerinə yetirən şirkət bu hüquqdan məhrum edilə bilər

Rosaviasiya bu marşrutla uçuşları rentabelli hesab etmir

Bakı. 4 mart. REPORT.AZ/ Rusiyanın Perm şəhərindən Bakıya aviareyslər yerinə yetirən "İjavia" şirkəti bu hüquqdan məhrum edilə bilər. "Report"un "Business Class" saytına istinadən verdiyi xəbərə görə, Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi (Rosaviasiya) "İjavia" və "Koqalımavia" şirkətlərinin Permdən üç istiqamət üzrə reys yerinə yetirilməsinə dair icazəni geri çağırmaq niyyətindədir.

Belə ki, "İjavia" 2012-ci ildə əldə etdiyi Permdən Bakıya, "Koqalımavia" isə Bişkek və Oşa uçmaq hüququndan məhrum oluna bilər. Sonuncu 2013-cü ilin sonunda qeyd edilən istiqamətlər üzrə uçuşlara icazə alıb. Məsələ ilə bağlı məlumat "Rosaviasiya"nın beynəlxalq reyslərin yerinə yetirilməsi ilə bağlı daşıyıcıların icazə almasına dair idarələrarası komissiyanın baxışı üçün hazırladığı materillarda yer alıb.

Üç istiqamət üzrə icazənin geri çağırılmasının səbəbi qeyd edilən istiqamətlər üzrə uçuşların bir mövsümdən artıq yerinə yetirilməməsi ilə bağlıdır.

Qeyd edək ki, ötən il noyabr ayında Perm hava limanına "Azərbaycan Hava Yolları" QSC reyslər yerinə yetirib. Perm aeroportunun rəsmi saytında yerləşdirilən məlumata görə, Perm-Bakı reysinin mayın 20-dən oktyabrın 25-dək həyata keçirilməsi planlaşdırılır. Bu reyslər həftədə iki dəfə (II və V günlər) "EMB-190" təyyarələrində yerinə yetiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi