Yuxarı
    Bağlamaq

    ​Paytaxtın mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər edilib

    Dəyişiklik sabahdan “BakuBus”ın 5 saylı marşrut avtobusunun fəaliyyətə başlaması ilə əlaqədardır

    Bakı. 13 sentyabr. REPORT.AZ/ 14 sentyabr tarixindən “BakuBus” MMC-nin 5 saylı marşrut avtobusunun fəaliyyətə başlaması ilə əlaqədar olaraq mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunub.

    Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Report"a verilən məlumata görə, yeni 5 saylı marşrut avtobusunun hərəkət istiqaməti N.Nərimanov m/s – Təbriz küç. – Azadlıq pr. – 28 may m/s – Puşkin küç. – Azadlıq pr. – Zərifə Əliyeva küç. olacaq.

    Bu səbəbdən mövcud xətt üzrə hərəkət edən 20 və 24 saylı maşrut avtobusları xətdən kənarlaşdırılacaq.

    Qeyd edək ki, “BakuBus” MMC-yə məxsus 5 saylı maşrut avtobusu 2 gün test rejimində 8 avtobusla fəaliyyət göstərib. Sabahdan etibarən isə 20-dən artıq avtobus movcud marşrut xətti ilə fəaliyyət göstərəcək.

    Yeni tədris ilinin başlanması ilə əlaqdar sərnişin sıxlığı nəzərə alınaraq yeni 5 saylı maşrut avtobusunun istiqaməti üzrə hazırda fəaliyyət göstərən 37 və 88 saylı marşrut avtobuslarının isə hələlik mövcud hərəkət istiqamətlərii saxlanılıb.

    Hərəkət isiqaməti Avtovağzal - 20 yanvar m/s – Badamdar qəs. - Səbail meydanı - 20-ci sahə olan əvvəlki 5 saylı maşrut avtobusunun isə nömrəsi dəyişdirilərək 53 nömrəsi ilə əvəz olunub. Yəni əvvəlki 5 saylı marşrut sabahdan etibarən 53 saylı maşrut adı iə sərnişinlərə xidmət göstərəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi