Yuxarı
    Bağlamaq

    Paytaxtın iki küçəsində avtobus dayanacaqları üçün xətlər yenidən rənglənib

    Ərazidə yeni taksi duracağı yeri də müəyyənləşdirilib© bna.az

    Bakı. 31 may. REPORT.AZ/ Bakının Cavadxan və Hüseynbala Əliyev küçələrinin kəsişməsindəki dairədə nəqliyyat vasitələri, o cümlədən sərnişin avtobuslarının və taksilərin xaotik hərəkətinin aradan qaldırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən zəruri tədbirlər görülüb. 

    BNA-dan "Report"a verilən məlumata görə, bu ünvanda mövcud avtobus dayanacaq məntəqələrinin xətləri yenidən rənglənərək müvafiq nişanlar qoyulub. 

    "Ərazidə taksilərin avtobusların dayanacağa giriş-çıxışına maneə yaratmasının qarşısını almaq üçün yeni taksi duracağı yeri də müəyyənləşdirilib. Görülən infrastruktur tədbirləri ilə yanaşı, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları əraziyə nəzarəti də gücləndirib. Bakı Nəqliyyat Agentliyi paytaxtın digər küçə və prospektlərində də nəqliyyatın maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirləri davam etdirir", - BNA-nın məlumatında qeyd edilib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi