Yuxarı

Paytaxtın əsas yol və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Sürücülər alternativ yollardan istifadə edə bilərlər

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin Parlament və Afiyəddin Cəlilov küçələrində tıxac yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Report”a verilən məlumata görə, sürücülər həmin yollara alternativ kimi, müvafiq olaraq N.Nərimanov və Xocalı prospektlərindən istifadə edə bilərlər.

Bundan başqa, K.Rəhimov, S.S.Axundov küçələri, Q.Qarayev və M.Müşfiq prospektlərində də nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. M.Müşfiq prospektinə alternativ kimi isə sürücülər Landau küçəsindən istifadə edə bilərlər.

Bundan başqa, Azadlıq və Z.Bünyadov prospektləri, habelə Ceyhun Hacıbəyli küçəsində nisbətən sıxlıq qeydə alınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi