Parlamentin Regional məsələlər Komitəsinin yaz sessiyasının gündəliyinə 7 məsələ daxil edilib

Parlamentin Regional məsələlər Komitəsinin yaz sessiyasının gündəliyinə 7 məsələ daxil edilib Onlardan 5-i qanun layihələrinə dəyişikliklərdir
İnfrastruktur
24 Yanvar , 2017 13:14
Parlamentin Regional məsələlər Komitəsinin yaz sessiyasının gündəliyinə 7 məsələ daxil edilib

Bakı. 24 yanvar. REPORT.AZ/ Bu gün Milli Məclisin Regional məsələlər Komitəsinin 2016-cı ilin payız sessiyası fəaliyyəti və 2017-ci il yaz sesssiyası üçün İş Planı Komitənin iclasında müzakirə olunaraq təsdiqlənib.

"Report"un verdiyi xəbərə görə, yaz sessiyasının gündəliyinə 5-i qanun layihələrinə dəyişikliklər olmaqla, cəmi 7 məsələ daxil edilib.

Komitə sədri Arif Rəhimzadə bildirib ki, qanun layihələri artıq razılaşma mərhələsindədir və mövcud qurumlarla razılaşdırıldıqdan sonra Komitə iclaslarında təsdiqlənərək parlamentin yaz sesiyasına təklif olunacaq.

Bu, "Bələdiyyə torpaqlarlarının idarə edilməsi haqqında" qanuna düzəlişlərin edilməsi haqqında qanun layihəsi, "Azərbaycanın 2002-ci il 15 mart tarixli 247-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"yə dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanunlara dəyişiklik layihələridir.

Son xəbərlər

Orphus sistemi