Ötən il Azərbaycanda 1 420 km magistral və şəbəkə su xətləri çəkilib

Ötən il Azərbaycanda 1 420 km magistral və şəbəkə su xətləri çəkilib “2019-cu il ərzində 12 rayonun içməli sudan əziyyət çəkən 25 kəndində, həmçinin Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 5 qəsəbədə içməli su layihələri icra olunub”.
İnfrastruktur
6 Fevral , 2020 14:49
Ötən il Azərbaycanda 1 420 km magistral və şəbəkə su xətləri çəkilib

“2019-cu il ərzində 12 rayonun içməli sudan əziyyət çəkən 25 kəndində, həmçinin Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 5 qəsəbədə içməli su layihələri icra olunub”. 

“Report” xəbər verir ki, bunu “Azərsu” ASC-də 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxış edən qurumun sədri Qorxmaz Hüseynov deyib.

Onun sözlərinə görə, ötən il Bakı şəhəri və Abşeron yarımadasında 200-dən çox ünvanda içməli su, kanalizasiya və yağış suları layihələri həyata keçirilib: “Hesabat dövründə Bakı şəhəri və regionlarda 1420 km magistral və şəbəkə su xətləri, 480 km kanalizasiya kollektoru və xətləri, ümumi tutumu 30 min kubmetr olan 16 su anbarı inşa edilib, 17 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi Bakı şəhəri üzrə isə 81,5, regionlarda 63,6, ölkə üzrə isə 69,9%-ə yüksəlib”.

Son xəbərlər

Orphus sistemi