Yuxarı
    Bağlamaq

    ​Ötən il 206 minə yaxın mülkiyyət qeydiyyata alınıb

    Bundan əlavə, ünvan reysteri sahəsində də irəliləyiş olub

    Bakı. 30 yanvar. REPORT.AZ/ Ötən il Əmlak Məsələləri Dövlət Komitəsi 205 200-ə yaxın mülkiyyət qeydiyyata alıb. "Report"un Komitənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Komitəsində keçirilən müşavirədə məlumat verilib.

    Məluamata görə, Komitənin sərəncamında olan dövlət müəssisələrindən 55-i və dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətlərindən 205-i illik balans hesabatlarını təqdim ediblər.

    Hesabat dövründə 5 798 müəssisə və təşkilatdan daşınmaz dövlət əmlakı barəsində yeni qeydiyyat vərəqələri alınıb, 3 739 ədəd registrdən çıxarış sənədi hazırlanıb.

    2014-cü ildə 205 200-ə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb ki, onların da 57 950-yə yaxın ilkin qeydiyyat, 147 250-dən çox təkrar qeydiyyatdır.

    Hesabat dövründə hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 157 200-dən çox yüklülük (məhdudiyyət) arayışı (100 minə yaxın onlayn üsulla), əhaliyə xidmətlə bağlı 19 950-dən çox digər müxtəlif məzmunlu arayışlar verilib. 2014-cü il ərzində 45 600-dən çox ipoteka müqaviləsi qeydə alınıb. 175 minə yaxın daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib.

    2014-cü ildə Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın vahid kadastrı və ünvan reyestri sahəsində işləri davam etdirib. Almaniyanın KfW Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi çərçivəsində Azərbaycanın 53 şəhər və rayonu üzrə sadə modelli elektron kadastr məlumat bazasının yaradılması işləri bitib. Eyni zamanda, Almaniya hökumətinin maliyyə dəstəyi ilə Şəki və Gəncənin tam ərazisini (təxminən 250 min ha) əhatə edən tam məzmunlu kadastr işləri davam etdirilir.

    Qurum rəsmilərinin məlumatına görə, ötən il ünvan reysteri sahəsində də irəliləyiş olub.

    Ümumilikdə Bakı şəhərinin 630 küçə və prospekti üzrə 87 518 yeni giriş ünvanları, 551 küçə və prospekti üzrə 250 452 yeni daxili, 239 min 987 köhnə daxili ünvanlar, Sumqayıt şəhərinin 166 küçə və prospekti üzrə 21 620 yeni giriş ünvanları, 55 911 yeni daxili ünvanlar, 54 490 köhnə ünvanlar ÜRİS-ə daxil edilib. Bakı şəhərinin 340 küçə və prospekti üzrə giriş nömrə nişanları və bina ünvan lövhələri, 5 ədəd informasiya lövhəsi, 16 ədəd park informasiya lövhəsi və 30 ədəd küçə istiqamətləri nişanı quraşdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi