Yuxarı

​Ötən ay Naxçıvandan Bakıya avtobusla 2550 sərnişin daşınıb

Əks istiqamətə daşınan sərnişinlərin sayı 2697 nəfər olub

Bakı. 17 fevral. REPORT.AZ/ Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə ötən ay Naxçıvandan Bakıya 85 reys edilib, 2550 nəfər sərnişin daşınıb.

"Report" muxtar respublikanın Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, əks istiqamətdə daşınan sərnişinlərin sayı 2697 nəfər olub.

Həmçinin yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin avtonəqliyyat vasitələrinə baxış keçirilib, təhlükəsizlik tədbirləri izah olunub.

Şəhərdaxili və rayonlararası nəqliyyatın, xüsusilə sərhəd və ucqar dağ kəndlərinə işləyən avtobusların fəaliyyəti xüsusi nəzarətdə saxlanılıb, avtobuslara gündəlik texniki baxış keçirilərək lazımi təmir işləri görülüb.

Muxtar respublikada fəaliyyətdə olan 138 marşrut xəttindəki 303 avtobusla rayon mərkəzləri və kəndlərin hamısına avtonəqliyyat xidməti göstərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi