Nur-Sultanda əlverişsiz hava şəraitinə görə 30-dan çox reys ləğv edilib

Nur-Sultanda əlverişsiz hava şəraitinə görə 30-dan çox reys ləğv edilib Qazaxıstanın paytaxtı Nur-Sultanda davam edən çovğun və güclü külək hava nəqliyyatının işinə əngəl törədib.
İnfrastruktur
28 Yanvar , 2020 11:40
Nur-Sultanda əlverişsiz hava şəraitinə görə 30-dan çox reys ləğv edilib

Qazaxıstanın paytaxtı Nur-Sultanda davam edən çovğun və güclü külək hava nəqliyyatının işinə əngəl törədib.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti”yə hava limanının mətbuat xidmətinin nümayəndəsi Jenis Axmetjanov məlumat verib.

Belə ki, davam edən əlverişsiz hava şəraitinə görə Nursultan Nazarbayev Beynəlxalq Hava Limanında 19 uçuş təxirə salınıb və 13 reys – 6 gediş, 7 gəliş reysi ləğv edilib.

Son xəbərlər

Orphus sistemi