Nobel prospektində yaranan tıxacın səbəbi məlum olub

Nobel prospektində yaranan tıxacın səbəbi məlum olub Yolun altı ilə yüksəkgərginlikli elektrik xətti çəkilir
İnfrastruktur
6 Yanvar , 2016 11:32
Nobel prospektində yaranan tıxacın səbəbi məlum olub

Bakı. 6 yanvar. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonu, Nobel prospektində dördzolaqlı avtomobil yolunun iki zolağında hərəkətin məhdudlaşdırılmasının səbəbləri məlum olub. "Report"un əldə etdiyi məlumata görə, ərazidə "Ağ Şəhər" layihəsi çərçivəsində yerin altı ilə yüksəkgərginlikli elektrik xətti çəkilir.

Məlumata görə, hazırda elektrik xətti çəkilən hissədə yol yatağı bərkidilir, daha sonra isə asfaltlanma işləri aparılacaq. Təxminən 3 km hissədə aparılan işlərin yaxın günlərdə yükunlaşdırılması nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi