Yuxarı

Nobel prospektində tıxac yaranıb

Mərkəzə doğru yollarda avtomobillərin hərəkət sürəti azalıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarından Bakının Nobel prospektində (mərkəzə doğru) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Eyni zamanda, Xətai prospektində (Təhsil Nazirliyi istiqamətində), Səməd Vurğun küçəsində ("Təzə Bazara" doğru), eləcə də Koroğlu Rəhimov küçəsində (Prezident İqamətgahının qarşısında) və Ziya Bünyadov prospektində avtomobillərin sıxlığı yaranıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi