Nərimanov-"Bakı Sərnişin" mənzilində 1 km-lik yolun qoyuluşuna başlanılıb

Nərimanov-"Bakı Sərnişin" mənzilində 1 km-lik yolun qoyuluşuna başlanılıb İşlər ​Bakı-Zabrat-Sumqayıt dəmir yolunun əsaslı təmiri layihəsi çərçivəsində aparılır
İnfrastruktur
18 Yanvar , 2017 09:42
Nərimanov-Bakı Sərnişin mənzilində 1 km-lik yolun qoyuluşuna başlanılıb

Bakı. 18 yanvar. REPORT.AZ/ "Bakı Sərnişin"-Zabrat-"Sumqayıt Sərnişin" istiqamətində 29,2 km uzunluğunda dəmir yolu təmir olunur.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Report"a verilən məlumata görə, bu gün Nərimanov-"Bakı Sərnişin" mənzilində 1 km uzunluğunda yolun qoyuluşuna başlanılıb.

Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi həyata keçirir, işlər mərhələli şəkildə aparılır.

Xatırladaq ki, "Bakı Sərnişin"-Zabrat-"Sumqayıt Sərnişin" dəmir yolunun əsaslı təmirinə 2016-cı il noyabrın 8-də start verilib. Bu günə kimi 5,5 km yol qoyulub, eləcə də 5 dəst yoldəyişdirici qurğu quraşdırılıb.

Qeyd edək ki, bu yolun qoyuluşu başa çatandan sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin dəmir yolundan istifadə etməklə nəqliyyat problemi qismən aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edə biləcək.

Son xəbərlər

Orphus sistemi