​Nəqliyyat sektorunda yükdaşıma qiymətləri 35% artıb

​Nəqliyyat sektorunda yükdaşıma qiymətləri 35% artıb Ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb
İnfrastruktur
11 İyul , 2016 18:41
​Nəqliyyat sektorunda yükdaşıma qiymətləri 35% artıb

Bakı. 11 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,7% artıb. 

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, cari ilin iyun ayında isə may ayına nisbətən yükdaşıma qiymətləri 0,4%, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 0,2% və 0,7%, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 0,7%, dəniz nəqliyyatında 0,6%, avtomobil nəqliyyatında 0,2% artıb, ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.

Son xəbərlər

Orphus sistemi