Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daha bir müəssisəsi ötən ili zərərlə başa vurub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daha bir müəssisəsi ötən ili zərərlə başa vurub Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC 2018-ci ili 169 min manat zərərlə başa vurub.
İnfrastruktur
24 İyun , 2019 09:49
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daha bir müəssisəsi ötən ili zərərlə başa vurub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC 2018-ci ili 169 min manat zərərlə başa vurub.

“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, ötən il şirkət 1,829 milyon manat gəlir əldə edib. Bunun 582 min manatı birja əməliyyatlarından, 1,247 milyon manatı isə qeyri-birja əməliyyatlarından əldə olunub.

Hesabat dövründə qurumun xərcləri isə 1,997 milyon manat, o cümlədən əmək haqqı və dövlət sosial sığorta haqqı üzrə xərcləri 1,215 milyon manat, sərf edilmiş materiallar üzrə xərcləri 407 min manat, amortizasiya xərcləri 126 min manat, sair əməliyyat xərcləri isə 249 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi