Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Göygöldə vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Göygöldə vətəndaşlarla görüşəcək Qəbulda ətraf rayonların da sakinləri iştirak edə bilərlər
İnfrastruktur
28 Avqust , 2017 14:38
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Göygöldə vətəndaşlarla görüşəcək

Bakı. 28 avqust. REPORT.AZ/ Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə avqustun 31-də saat 12:00-da Göygöl şəhərində Göygöl, Goranboy, Daşkəsən, Samux, Kəlbəcər, Xocalı rayonlarının, Gəncə və Naftalan şəhərlərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, vətəndaşlar [email protected] elektron poçt ünvanı, 1655 Çağrı Mərkəzi, (012) 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Son xəbərlər

Orphus sistemi