Yuxarı
    Bağlamaq

    Nəqliyyat Nazirliyinin səlahiyyəti azaldılıb

    Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb

    Bakı. 6 aprel. REPORT.AZ/ “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

    "Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Sənədlə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 9.34-1-ci bəndi ləğv edilib.

    Həmin bəndə əsasən, indiyədək avtomobil və dəmiryolu nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq icbari qaydada sığortalanmasına Nəqliyyat Nazirliyi nəzarət edirdi, ancaq fərmanla bu səlahiyyət nazirlikdən alınıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi