Nəqliyyat nazirinin qəbulunda vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb

Nəqliyyat nazirinin qəbulunda vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb Ziya Məmmədov Bərdə şəhərində vətəndaşları qəbul edib
İnfrastruktur
30 Yanvar , 2015 22:50
Nəqliyyat nazirinin qəbulunda vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb

BAKI. 30 yanvar. REPORT.AZ/ Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 30-da nəqliyyat naziri Ziya Məmmədov Bərdə şəhərində Bərdə, Ağdam və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.

"Report" xəbər verir ki, Nəqliyyat Nazirliyinin digər struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların nəqliyyat məsələləri ilə bağlı müraciətlərinə baxılıb.

Müraciətlər əsasən rayonlararası və kənddaxili yolların bərpası, qəza vəziyyətində olan körpülərin təmiri, eləcə də işə qəbul məsələləri ilə bağlı olub. Bəzi müraciətlər yerindəcə həll edilib. Qaldırılan bir sıra məsələlər isə tədbir görülmək üçün nəzarətə götürülüb.

Qəbulda nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi