Neftçilər prospektinin Puşkin küçəsi ilə kəsişməsi yenidən asfaltlanacaq

Neftçilər prospektinin Puşkin küçəsi ilə kəsişməsi yenidən asfaltlanacaq Bu, iyunda Bakıda keçiriləcək Formula 1 yarışına hazırlıq çərçivəsində icra edilir
İnfrastruktur
20 Aprel , 2016 16:47
Neftçilər prospektinin Puşkin küçəsi ilə kəsişməsi yenidən asfaltlanacaq

Bakı. 20 aprel. REPORT.AZ/ Bakı Şəhər Halqasının (BŞH) tikintisi ilə əlaqədar görülən işlər sürətlə davam edir və trekboyu asfalt örtüyünün çəkilməsi prosesi artıq tamamlanmaq üzrədir. BŞH-dan "Report"a daxil olan xəbərə görə, şirkətin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer bildirib ki, asfalt örtüyünün çəkilməsi ilə bağlı işlərin 95%-i artıq başa çatdırılıb.

Yaxın günlərdə trekin "Park İnn" hotelindən başlayaraq 1-ci döngəyə (Neftçilər prospektinin Puşkin küçəsi ilə kəsişməsi) qədər olan hissəsində də üst qat asfaltın çəkilişinə başlanacaq. Digər tərəfdən, qənbər daşların olduğu Niyazi və Əziz Əliyev küçələrinə yeni asfalt qatı Beynəlxalq Avtomobil Federasiyasının (FİA) standartlarına tam müvafiq qaydada salınıb. Nəticədə yarışdan sonra bu küçələr əvvəlki görkəminə qayıdacaq. Qənbər daşlı yollara asfalt qatının salınması prosesi ilə yaxından tanış olmaq üçün bu keçiddəki “Tarixi yollarımız necə qorunur” (http://goo.gl/OlWpCI) adlı video materiala nəzər salmaq lazımdır. 

Son xəbərlər

Orphus sistemi