Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu günədək təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına dair sənədlərin sayını açıqlayıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu günədək təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına dair sənədlərin sayını açıqlayıb Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 256 şəhərsalma əsaslandırılmasına dair sənəd təsdiq edib.
İnfrastruktur
16 Avqust , 2019 18:36
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu günədək təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına dair sənədlərin sayını açıqlayıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 256 şəhərsalma əsaslandırılmasına dair sənəd təsdiq edib.

Bu barədə “Report”a Komitənin Mətbuat katibi Ramiz İdrisoğlu bildirib.

Onun sözlərinə görə, Komitə tərəfindən fəaliyyət istiqamətlərinə əsasən respublika üzrə şəhərsalma əsaslandırılması sənədləri təsdiqlənir: “2018-ci ilin noyabr ayından bu günədək 256 şəhərsalma əsaslandırılması Komitə tərəfindən təsdiq edilib ki, bunlardan 194 sənəd 2019-cu ilə aiddir. Bu isə təqribən 2 milyon 191 min kvadrat metr tikintinin planlaşdırılması deməkdir. Qeyd edim ki, bunlardan 159 sənəd Bakı (141), Sumqayıt (16) və Abşeron (2) ərazisini əhatə edir. Qalanları isə respublikanın digər rayonlara aiddir”. 

Son xəbərlər

Orphus sistemi