Yuxarı
    Bağlamaq

    Nazirlik: İstifadə olunmayan yararlı torpaqlarla bağlı hökumətə təkliflər verilib

    Əkinə yararlı torpaqlardan istifadə etməyənlər cərimələnəcəklər

    Bakı. 29 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi ölkədə istifadə olunmayan yararlı torpaqlara görə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı hökumətə təkliflər təqdim edib. Bunu "Report"a açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.

    Nazir müavini deyib ki, yaxın zamanlarda məcəllədə bununla bağlı dəyişikliklər ediləcəyi gözlənilir. 

    Onun sözlərinə görə, əkinə yararlı istifadə olunmayan torpaq sahəsinə görə cərimə sanksiyalarının tətbiq olunması nəzərdə tutulub: "Bu da yəqin ki, torpaqların istifadəsinə öz təsirini göstərəcək". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi