"Tarixi İpək yolunun bərpasında TRACECA ilk qığılcım olub".
"Report" xəbər verir ki, bu barədə Azərbaycan İqtisadiyyat naziri
Onun sözlərinə görə, TRACECA nəqliyyat dəhlizinin inkişafı üzv ölkələr üçün də mühüm əhəmiyyətə malikdir: "Səylərimizi birləşdirərək TRACECA-nın cəlbediciliyini artıra bilərik".
Nazir Azərbaycanın tranzit potensialına diqqət çəkib: "Azərbaycanın Şərqlə Qərbin mərkəzində yerləşməsi, avtomobil yolları və dəmir yollarının inkişafı, Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası nəqliyyat sektorunun inkişafına şərait yaradıb və Azərbaycanın tranzit potensialı güclənib. Bakı-Tbilisi-Qars xüsusi olaraq vurğulanmalıdır. Bu nəqliyyat dəhlizi xalqlar arasında körpü rolunu oynayır".