Nazir Ramin Quluzadə Hacıqabulda vətəndaşları qəbul edib

Nazir Ramin Quluzadə Hacıqabulda vətəndaşları qəbul edib Bakı. 8 fevral. REPORT.AZ/ Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Hacıqabul şəhərində Hacıqabul, Sabirabad, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edib.
İnfrastruktur
8 Fevral , 2019 13:11
Nazir Ramin Quluzadə Hacıqabulda vətəndaşları qəbul edib
Report
0 : 00
0 : 00

Bakı. 8 fevral. REPORT.AZ/ Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Hacıqabul şəhərində Hacıqabul, Sabirabad, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, qəbulda vətəndaşların telekommunikasiya, internet və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgə əhalisini maraqlandıran digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbulda iştirak edən vətəndaşlar tərəfindən həmçinin yol təmir-tikintisi, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər edilib.

Müraciətlərin əksəriyyəti yerindəcə həll olunub, bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər müvafiq qurumlara ünvanlanması üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi