​Nazir: "Ötən il Azərbaycanda avtomobil yollarının tikintisinə 1,9 mlrd. dollar xərclənib"

​Nazir: "Ötən il Azərbaycanda avtomobil yollarının tikintisinə 1,9 mlrd. dollar xərclənib" Ziya Məmmədobv: "Son 10 ildə ölkə iqtisadiyyatına yatırılan sərmayənin 21%-i nəqliyyat sektorunun payına düşür"
İnfrastruktur
26 Yanvar , 2015 12:31
​Nazir: Ötən il Azərbaycanda avtomobil yollarının tikintisinə 1,9 mlrd. dollar xərclənib

Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Nəqliyyat Nazirliyi və "Azəryolservis" ASC-nin təşlikatçılığı ilə "Yol İnfrastrukturunun tikintisi və yenidən qurulmasında yeni texnologiyaların və innovasiyaların tətbiqi" mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb. Tədbirdə təxminən 30-a yaxın ölkədən bir çox şirkətlərin 130-dan artıq rəhbər və nümayəndələri iştirak edirlər.

"Report"un verdiyi xəbərə görə, konfransın açılış mərasimində çıxış edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Nəqliyyat Nazirliyinin son 10 ildə gördüyü işlərdən, avtomobil yollarının tikintisi və yenidən qurulması sahəsində əldə olunan nəticələrdən danışıb.

Nazir qeyd edib ki, aparılan islahatların təməlini İKT-dən geniş istifadə, sağlam rəqabət mühitinin formalaşması kimi mühüm amillər təşkil edib.

Nəqliyyat sektorunda son 10 il ərzində orta illik artım tempi yük daşımalarında 5,7%, sərnişin daşımalarında 3,7%, tranzit yükdaşımalarda 3,4%, nəqliyyat sektorunun ÜDM-də payı isə 5,1% təşkil edib. Bu dövr ərzində ölkədə nəqliyyat sahəsinə qoyulmuş investisiyaların həcmi bütün iqtisadiyyata qoyulmuş məcmu inversitsiyaların 21%-nə bərabər olub.

Ötən il nəqliyyat yol kompleksinin bütün sahələrinə yatırılan investisiyaların həcmi 2,5 mlrd. dollar olub və bunun 1,9 mlrd. dolları avtomobil yollarının tikintisinin payına düşür.

Son xəbərlər

Orphus sistemi