Yuxarı
    Bağlamaq

    Nazir müavini: "Bakı Beynəlxalq Avtovağzalında sürüşmə ilə bağlı bütün tədbirlər yekunlaşıb"

    Qurumun səlahiyyətlərin azaldılmasının optimallaşdırma ilə bağlı olduğunu bildirib

    Bakı. 27 dekabr. REPORT.AZ/ Bakı Beynəlxalq Avtovağzalının ərazisindəki sürüşmə ilə əlaqələli heç bir aktivləşmə yoxdur və sürüşmə ilə bağlı bütün tədbirlər yekunlaşıb. 

    Bunu “Report”a açıqlamasında Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

    M.Pənahov Bakı Beynəlxalq Avtovağzalının ərazisində sürüşmənin qarşısının alınması üçün çəkilən xərclərdən məlumatsız olduğunu deyib: “Orda birbaşa maliyyələşmə getdiyinə görə, mənim xəbərim yoxdur”.

    Nazir müavini həmçinin təmsil etdiyi qurumun səlahiyyətlərin azaldılması məsələsini şərh edərkən bunun optimallaşdırma ilə bağlı olduğunu bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi