Nazir müavini: "Azərbaycan Gürcüstanda yeni logistik mərkəzlərin yaradılmasında iştirak edəcək"

Nazir müavini: "Azərbaycan Gürcüstanda yeni logistik mərkəzlərin yaradılmasında iştirak edəcək" Giorgi Çerkizeşvili: "Bunları nəzərə alaraq Azərbaycanı yeni layihələrdə iştiraka dəvət etmişik”
İnfrastruktur
14 Sentyabr , 2017 15:52
Nazir müavini: Azərbaycan Gürcüstanda yeni logistik mərkəzlərin yaradılmasında iştirak edəcək
Report

Tbilisi. 14 sentyabr. REPORT.AZ/ "Gürcüstanda yeni loqistik mərkəzlər inşa olunacaq. Azərbaycan bu mərkəzlərin yaradılması ilə bağlı görüləcək işlərdə iştirak üçün dəvət olunub".

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Giorgi Çerkizeşvili söyləyib.

G.Çerkezişvili deyib ki, Azərbaycan Gürcüstana sərmayə qoyan əsas ölkələrdən biridir: "Gürcüstan iqtisadiyyatının inkişafında Azərbaycanın da rolu var. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri, SOCAR-ın maliyyələşdirdiyi layihələr, eləcə də birgə həyata keçirdiyimiz digər layihələr ölkələrimizin iqtisadi inkişafında, Azərbaycanın və Gürcüstanın regionda və dünyada nüfuzunun artmasında mühüm rol oynayır. Düşünürəm ki, logistik mərkəzlərin yaradılması və yeni infrastruktur layihələrin reallaşmasında Azərbaycanın iştirakı vacibdir. Bunları nəzərə alaraq Azərbaycanı yeni layihələrdə iştiraka dəvət etmişik”.

Son xəbərlər

Orphus sistemi