Ramin Quluzadə: “Qonşu ölkələrlə sıx əməkdaşlıq nəqliyyat sahəsinin gələcək inkişafının əsasını təşkil edir”

Ramin Quluzadə: “Qonşu ölkələrlə sıx əməkdaşlıq nəqliyyat sahəsinin gələcək inkişafının əsasını təşkil edir” “Azərbaycan regional tərəfdaşlığa böyük diqqət yetirir”.
İnfrastruktur
22 Oktyabr , 2019 17:39
Ramin Quluzadə: “Qonşu ölkələrlə sıx əməkdaşlıq nəqliyyat sahəsinin gələcək inkişafının əsasını təşkil edir”

“Azərbaycan regional tərəfdaşlığa böyük diqqət yetirir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Tbilisidə keçirilən Beynəlxalq İpək Yolu Forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycan Asiyanı Avropa ilə birləşdirən bir sıra təşəbbüslər həyata keçirib: “Bakı-Tbilisi-Qars layihəsi və Beynəlxalq Dəniz Ticarət Limanının inkişafı bu təşəbbüslərə misaldır”.

Nazir bildirib ki, qonşu və digər ölkələrlə tərəfdaşlıq və sıx əməkdaşlıq nəqliyyat sahəsində gələcək inkişafın əsasını təşkil edir: “Birgə böyük səylərlə yalnız Azərbaycanda deyil, tərəfdaş ölkələrdə də nəqliyyatın dayanıqlı inkişafını təmin etməyə nail olmaq mümkündür. Əminəm ki, etibarlılığa söykənən əməkdaşlıq gələcəkdə daha da gücləndiriləcək”.

Son xəbərlər

Orphus sistemi