Naxçıvan-Məşhəd dəmir yolu reysi bu ay açılacaq

Naxçıvan-Məşhəd dəmir yolu reysi bu ay açılacaq Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib
İnfrastruktur
23 Noyabr , 2016 15:40
Naxçıvan-Məşhəd dəmir yolu reysi bu ay açılacaq

Bakı. 23 noyabr.REPORT.AZ/ Naxçıvan (Azərbaycan)-Məşhəd (İran) marşrutu ilə sərnişin elektrik qatarı yaxın vaxtlarda istismara veriləcək. 

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib. 

"Naxçıvan-Məşhəd qatarı 27-30 noyabr aralığında işə düşəcək", - deyə C.Qurbanov əlavə edib. 

Xatırladaq ki, Naxçıvan-Məşhəd sərnişin elektrik qatarının hərəkət marşrutu da müəyyən edilib.

Qeyd edək ki, Azərbaycan Naxçıvan-Məşhəd marşrutu üzrə hərəkət edəcək sərnişin qatarının heyəti üçün İran tərəfinə artıq 3 vaqon təqdim edib. 36 nəfərlik "kupe" tipli vaqonlar əsaslı bərpa-təmir görmüş nəqliyyat vasitələridir.

Belə ki, üç vaqon ayrı lokomotivlə İranın Təbriz şəhərinə qədər hərəkət edəcək. Təbrizdə isə vaqonlar Təbriz-Məşhəd qatarına qoşulacaq. Eyni zamanda, geri qayıdarkən vaqonlar Məşhəd şəhərindən Təbrizə qədər, daha sonra ayrı lokomotivlə Culfaya (İran) qədər hərəkət edəcək. Culfadan isə Azərbaycana məxsus lokomotiv vasitəsilə Naxçıvana çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi