Yuxarı

​Naxçıvan-Batumi və əks istiqamətdə avtobus marşrutu fəaliyyətə başlayacaq

İlk marşrut fevralın 20-də olacaq

Bakı. 16 fevral. REPORT.AZ/ Fevral ayının 20-dən Naxçıvan-Batumi və əks istiqamətdə avtobus marşrutu fəaliyyətə başlayacaq.

"Report"un məlumatına görə, avtobus Naxçıvan şəhərindən başlayaraq Türkiyə Respublikası ərazisindən keçməklə Batumi şəhərinə hərəkət edəcək.

İlk marşrut fevralın 20-də, saat 7:30-da Naxçıvan Şəhər Avtovağzalından yola düşəcək.

Bir nəfər üçün biletin qiyməti 27 manatdır.

Qeyd edək ki, biletlər muxtar respublika ərazisindəki avtovağzallarda satılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi