Yuxarı

​Nardaranın küçələrinin birində abadlıq-quruculuq işləri başa çatıb

Qəsəbənin Nəsrullah Əsgərov küçəsindəki sakinlərə söküntü ilə əlaqədar kompensasiya Novruz Bayramından sonra veriləcək

Bakı. 15 mart. REPORT.AZ/ Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsinin Abşeron küçəsində aparılan abadlıq-quruculuq işləri yekunlaşıb.

Bu barədə "Report"a "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfli bildirib.

O xatırladıb ki, həmin küçədə 28 nəfərə kompensasiya verilib. Qeydə alınan digər 71 obyektə görə isə kompensasiya yaxın vaxtlarda ödəniləcək.

A.Nəcəfli qeyd edib ki, qəsəbənin Nəsrullah Əsgərov küçəsindəki sakinlərə söküntü ilə əlaqədar kompensasiya Novruz Bayramından sonra veriləcək: "Həmin küçədə 43 obyekt söküntü ərazisinə düşüb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi