Yuxarı

Müşfiqabaddan Sulutəpəyə qədər ərazinin su təchizatında məhdudiyyətlər olacaq

Müşfiqabaddan Sulutəpəyə qədər ərazinin su təchizatında məhdudiyyətlər olacaq

Bakı. 17 yanvar. REPORT.AZ/ Bu gün Müşfiqabad qəsəbəsindən Sulutəpə qəsəbəsinə qədər ərazidə Şollar-Bakı su kəmərindən qidalanan istehlakçıların su təchizatında məhdudiyyətlər olacaq.

“Report” xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Qeyd olunub ki, məhdudiyyətlər Bakı Metropoliteninin "Bənövşəyi" xəttinin elektrik deposunun tikintisi layihəsi çərçivəsində “Yeni Avtovağzal” yaxınlığından keçən magistral su kəmərlərinin yerinin dəyişdirilməsi ilə əlaqədardır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi