Muğanlı-İsmayıllı və İsmayıllı-Şəki avtomobil yolları təmir olunur

Muğanlı-İsmayıllı və İsmayıllı-Şəki avtomobil yolları təmir olunur Yollara yeni asfalt-beton örtüyü döşənir
İnfrastruktur
25 Aprel , 2017 15:08
Muğanlı-İsmayıllı və İsmayıllı-Şəki avtomobil yolları təmir olunur
Azəravtoyol.gov.az

Bakı. 25 aprel. REPORT.AZ/ Yazın gəlişi ilə əlaqədar olaraq “Azəravtoyol” ASC payız-qış mövsümündə yağan yağıntılar və intensiv hərəkət nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərini davam etdirir.

"Report" quruma istinadən xəbər verir ki, bu çərçivədə 40 kilometr uzunluğunda olan Muğanlı-İsmayıllı avtomobil yolunda cari təmir işləri aparılır.

Təmir işləri çərçivəsində yol boyu çiyin hissələr təmizlənərək bərkidilir, su ötürücü boruların giriş-çıxış hissələri təmizlənir və yenidən bərpa edilir.

Bundan başqa yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir.

Anolojitəmir işləri deformasiyaya uğramış Qaraməryəmli-İsmayıllı-Şəki avtomobil yolunun 30-46-cı km-lik hissəsində də aparılır. 

Son xəbərlər

Orphus sistemi