Yuxarı

Muğanlı-İsmayıllı avtomobil yolunda təmir işləri aparılır

Yolun əsasən 40 km uzunluğunda olan hissəsi təmir edilir

Bakı. 12 aprel. REPORT.AZ/ Yazın gəlişi ilə əlaqədar olaraq “Azəravtoyol” ASC payız-qış mövsümündə yağan yağıntılar və intensiv hərəkət nəticəsində respublika avtomobil yolları, küçə və prospektlərinin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərini davam etdirir.

"Report"un məlumatına görə, bu işlər çərçivəsində 40 km uzunluğunda olan Muğanlı-İsmayıllı avtomobil yolunda təmir işləri aparılır.

Təmir işləri çərçivəsində yol boyu çiyin hissələr təmizlənərək bərkidilir, su ötürücü boruların giriş-çıxış hissələri təmizlənir və yenidən bərpa edilir.

Bundan başqa, yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir. Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi