Moskvadan Gəncə və Qəbələyə uçmalı olan təyyarə reysləri təxirə salınıb

Moskvadan Gəncə və Qəbələyə uçmalı olan təyyarə reysləri təxirə salınıb Uçuşların hansı səbəblərdən təxirə salındığı məlum deyil
İnfrastruktur
5 Mart , 2015 08:31
Moskvadan Gəncə və Qəbələyə uçmalı olan təyyarə reysləri təxirə salınıb

Bakı. 5 mart. REPORT.AZ/ Bu gün Moskvanın Domodedovo Beynəlxalq Hava Limanından Gəncə və Qəbələ istiqamətində həyata keçirilməli olan reyslər təxirə salınıb.

"Report" xəbər verir ki, bu barədə Domodedovo aeroportunun uçuş-eniş tablosunda məlumat yerləşdirilib.

Uçuşlar Qəbələ istiqamətində Bakı vaxtı ilə 07:00, Gəncə istiqamətində isə 10:40-da (NN 411, Boeing 757-200, VİM-Avia) həyata keçirilməli idi.

Uçuşların hansı səbəblərdən təxirə salındığı məlum deyil. "Report"un Qəbələ və Gəncə beynəlxalq hava limanları ilə əlaqə yaratmaq cəhdi baş tutmayıb.

Son xəbərlər

Orphus sistemi