Mingəçevir-Bəhrəmtəpə yolu əsaslı şəkildə yenidən qurulur - VİDEO

Mingəçevir-Bəhrəmtəpə yolu əsaslı şəkildə yenidən qurulur - VİDEO Avtomobil yolu 3 hissə üzrə yenilənir
İnfrastruktur
3 Fevral , 2017 11:27
Mingəçevir-Bəhrəmtəpə yolu əsaslı şəkildə yenidən qurulur - VİDEO

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycanda 154,4 km uzunluğu olan Mingəçevir-Bəhrəmtəpə avtomobil yolu (R18) yenidən qurulur. “Azəravtoyol” ASC-dən "Report"a daxil olan məlumata görə, layihəyə uyğun olaraq avtomobil yolu 3 hissə üzrə yenidən qurulur: Mingəçevir-Mingəçevir stansiyası (0-16,4 km), Aran-Qarağacı (0-26 km) və Qarağacı-Bəhrəmtəpə (26-138 km).

Belə ki, 16,4 km-lik Mingəçevir-Mingəçevir stansiyası hissəsində yenidənqurma işlərinə ötən il start verilib və işlərin bu ilin yay aylarında yekunlaşdırılması planlaşdırılır. Sözügedən hissə III texniki dərəcədən II texniki dərəcəyə uyğun yenidən qurulur.

Yolun layihəsinə uyğun olaraq yolun hərəkət hissəsinin eni 7,5 metr olmaqla ümumi eni 15 metr təşkil edəcək və 2 hərəkət zolağından ibarət olacaq. Hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 metr olacaq. Yol geyimi konstruksiyasının qalınlığı 72 sm olmaqla bura 30 sm əsasın alt layı, 15 sm əsasın qırmadaş layı, 14 sm əsasın üst layı, 8 sm əlaqələndirici lay və 5 sm aşınma layı daxildir.

Hazırda sözügedən hissədə torpaq işləri yekunlaşmaq üzrədir. Təqribən 11 km-lik ərazidə əsasən alt layı və qırmadaş lay, 9,5 km-lik ərazidə isə bitumlu əsas lay və əlaqələndirici lay inşa edilib. Bundan başqa, Kürəkçay üzərində biraşırımlı və 18 metr uzunluğunda körpünün, 26 ədəd dairəvi borunun, 1 ədəd alt keçidin və 7 ədəd düzbucaqlı keçidin tikintisi də aparılır.

Layihə üzrə fiziki işlərin 60%-i icra edilib.

26 km uzunluğunda Aran-Qarağacı hissəsi üzrə yol 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yenidənqurmaya ötən ilin sonunda başlanılıb.

Layihə üzrə yolun ümumi eni 12 metr olacaq. Bura 7 metr hərəkət hissəsi və hər bir istiqamət üzrə çiyinlərin eni 2,5 metr təşkil edəcək. Yol geyimi konstruksiyasının qalınlığı 62 sm olmaqla bura 20 sm əsasın alt layı, 15 sm əsasın qırmadaş layı, 14 sm əsasın üst layı, 8 sm əlaqələndirici lay və 5 sm aşınma layı daxildir.

Hazırda sözügedən hissədə mobilizasiya işləri tamamlanmaq üzrədir, 4,5 km ərazidə torpaq yatağının tikintisi, 7,5 km ərazidə isə bitki qatının çıxarılması və 8 km mövcud asfaltın frezlənməsi işləri aparılıb. Bundan başqa, layihə çərçivəsində M2 - Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolundan R18 - Mingəçevir-Bəhrəmtəpə avtomobil yoluna avtonəqliyyat vasitələrinin rahat və maneəsiz keçidini təmin etmək məqsədi ilə ikiaşırımlı və 63 metr uzunluğunda qovşağın, həmçinin yolun 9,3-cü km-də İncəçay üzərində biraşırımlı və 33,8 metr uzunluğunda avtomobil körpüsünün, 5 ədəd yeraltı keçidin və 82 ədəd müxtəlif ölçülü boruların inşası işləri aparılır.

111,9 km uzunluğunda Qarağacı-Bəhrəmtəpə hissəsi üzrə də yol 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yenidənqurma işlərinə ötən ilin əvvəlində başlanılıb və 2 il müddətində tam olaraq yekunlaşdırılması planlaşdırılır. Hər bir zolağın eni 3,75 metr olmaqla yolun hərəkət hissəsinin eni 7 metr, ümumi yol yatağının eni isə 12 metr təşkil edəcək. Bura hər bir istiqamət üzrə 2,5 metr enində çiyin hissələr də daxildir. Yol geyimi konstruksiyasının qalınlığı bu ərazidə də 62 sm təşkil edir.

Hazırda 24,3 km hissədə torpaq işləri görülüb, körpü, boru və yeraltı keçidlərin tikinti işləri aparılır. Layihə üzrə sözügedən hissənin 34,7-ci km-də, Tərtərçay üzərində 3 aşırımlı və 111,4 metr uzunluğunda, 57,3-cü km-də Xaçın çayı üzərində 2 aşırımlı və 61,1 metr uzunluğunda və 85,2-ci km-də 38 metr uzunluğunda avtomobil körpülərinin inşası gedir. Buna paralel olaraq yol boyu 17 ədəd yeraltı keçiddən 7-i tikilib, 243 ədəd müxtəlif diametrli borudan 45-i tikilib, digərlərinin tikintisi isə davam etdirilir.

Ümumi işlərin 20%-i yerinə yetirilib.

Qeyd edək ki, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması ilə yol boyu yaşayan vətəndaşların istər Gəncə-Qazax, istər Qax-Balakən, istərsə də Beyləqan-Füzuli, Saatlı-Şirvan və Bakı istiqamətind' maneəsiz gediş-gəlişi təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi