"Milli daşıyıcılara dövlət dəstəyi"nə dair Təkliflər Paketi növbəti il icra ediləcək

"Milli daşıyıcılara dövlət dəstəyi"nə dair Təkliflər Paketi növbəti il icra ediləcək Bakı. 13 iyul. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtonəqliyyat vasitələri parkının yenilənməsi və növbəti 5 il ərzində orta yaş həddinin 10 ilə qədər endirilməsi məqsədi ilə hazırlanan və beynəlxalq avtomobil daşımaları həyata keçirən milli daşıyıcıların mənafelərinin qorunmasını nəzərdə tutan Milli daşıyıcılara dövlət dəstəyinə dair Təkliflər Paketi hazırlanıb.
İnfrastruktur
13 İyul , 2018 11:20
Milli daşıyıcılara dövlət dəstəyinə dair Təkliflər Paketi növbəti il icra ediləcək

Bakı. 13 iyul. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtonəqliyyat vasitələri parkının yenilənməsi və növbəti 5 il ərzində orta yaş həddinin 10 ilə qədər endirilməsi məqsədi ilə hazırlanan və beynəlxalq avtomobil daşımaları həyata keçirən milli daşıyıcıların mənafelərinin qorunmasını nəzərdə tutan "Milli daşıyıcılara dövlət dəstəyi"nə dair Təkliflər Paketi hazırlanıb.

"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, Təkliflər Paketində qeyd edilən bəndlər üzrə razılıq əldə olunduqdan sonra, 2019-cu ilin yanvar ayından mərhələli şəkildə icrasına başlanacaq:

"Təhlillər göstərir ki, beynəlxalq daşımalarda iştirak edən milli avtomobil daşıyıcılarının ölkəmizin geniş nəqliyyat-logistika imkanlarından aktiv istifadə etmək imkanları qənaətbəxş səviyyədə deyil. Milli daşıyıcılar tərəfindən beynəlxalq daşımalarda təxminən 2000 avtonəqliyyat vasitəsi istismar olunur ki, bunun da yalnız 1239-u müasir tələblərə cavab verir. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə də qeyd edilir ki, ixrac bazarlarına yük daşımalarının həyata keçirilməsi üçün ixtisaslaşmış yerli avtonəqliyyat parkı zəifdir, ixracatçılar xarici ölkələrin avtonəqliyyat parkından asılıdırlar və bu da daşımanın stabil və əlverişli şərtlərlə həyata keçirilməsində problemlər yaradır. Bu baxımdan yuxarıda qeyd edilən işləri həyata keçirəcək". 

Son xəbərlər

Orphus sistemi