Bakı. 11 aprel. REPORT.AZ/ "Mənzillərin satışına başlamaq üçün biz əvvəlcədən qeydiyyat məsələlərinin həll edilməsinə başlamışıq".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktoru Samir Nuriyev deyib.
Onun sözlərinə görə, bir neçə aydan sonra mənzillərin satışına başlanılacaq: "Bununla bağlı ölkə başçısının sərəncamı olub. Əvvəlcədən qeydiyyata alınmış yaşayış sahələrinin "Azərbaycan İpoteka Fondu" ASC-nin xətti ilə uzunmüddətli satışı mümkün olacaq. Yəqin ki, artıq bir neçə aydan sonra biz mənzillərin satışına başlayacağıq".
MİDA rəhbəri onu da əlavə edib ki, Yasamal Yaşayış Kompleksi layihəsində 29 bina, 1 850 mənzil tikilməlidir və burada 2 500 nəfər çalışacaq.