Metronun "Bakmil" stansiyası Qurban bayramında və istirahət günlərində adi qaydada işləyəcək

Metronun "Bakmil" stansiyası Qurban bayramında və istirahət günlərində adi qaydada işləyəcək Bakı. 21 avqust. REPORT.AZ/ Qarşıdan gələn Qurban bayramında (22-23 avqust) və istirahət günlərində (25-26 avqust) metronun Bakmil stansiyası adi qaydada işləyəcək.
İnfrastruktur
21 Avqust , 2018 15:44
Metronun Bakmil stansiyası Qurban bayramında və istirahət günlərində adi qaydada işləyəcək
0 : 00
0 : 00

Bakı. 21 avqust. REPORT.AZ/ Qarşıdan gələn Qurban bayramında (22-23 avqust) və istirahət günlərində (25-26 avqust) metronun "Bakmil" stansiyası adi qaydada işləyəcək. 

"Report" xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. 

Məlumata görə, təmir işlərinin növbəti mərhələsində görüləcək işlərlə əlaqədar sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışına qoyulmuş məhdudiyyət (saat 8:20-dən saat 17:00-a qədər) Qurban bayramında, eləcə də şənbə və bazar günlərində tətbiq edilməyəcək.

Qeyd edilən tarixlərdə sərnişinlər "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun istifadə edə bilərlər.

Məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) avqust ayının 24-də və növbəti iş həftəsinin əvvəlindən - avqust ayının 27-dən qüvvədə olacaq.

Son xəbərlər

Orphus sistemi