Yuxarı

Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyinat olub

Samir Nuriyev Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edilib

Bakı. 12 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev Samir Nuriyevin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edilib.

Dövlət başçısının digər sərəncamıyla S.Nuriyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi