Mənzil İnşaatı Dövlət Agentliyi tender elan edib

Mənzil İnşaatı Dövlət Agentliyi tender elan edib Agentlik nəqliyyat vasitələrinin alınması məqsədi ilə tender keçirir
İnfrastruktur
6 İyul , 2016 15:50
Mənzil İnşaatı Dövlət Agentliyi tender elan edib

Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycan "Mənzil İnşaatı Dövlət Agentliyi" (MİDA) MMC nəqliyyat vasitələrinin satın alınması üzrə açıq tender elan edib. “Report”un məlumatına görə, tenderin əsas şərtlər toplusunu əldə etmək istəyən iddiaçılar 200 manat məbləğində iştirak haqqı ödəməlidir. Bundan sonra onlar şərtlər toplusunu Bakı şəhəri, Atatürk prospekti,57C (əlaqələndirici şəxs: Fariz Famil oğlu Abdullayev, tel.: (+99412) 436-38-35, daxili 237) ünvanından ala bilərlər.

İddiaçılar avqustun 1-i saat 17:00-a qədər tenderdə iştirak etmək üçün ərizə və iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi, avqustun 9-na qədər isə tender təklifini və tender təklifinin 1%-i həcmində bank zəmanəti təqdim etməlidir.

Tender təklifi zərfləri avqustun 10-u saat 11:00-da MİDA-nın baş ofisində açılacaq.

Son xəbərlər

Orphus sistemi