Yuxarı

​"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin səlahiyyətləri artırılıb

Nazirlər Kabinetinin bəzi səlahiyyətləri cəmiyyətə verilib

Bakı. 24 iyun. REPORT.AZ/ "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətləri artırılıb.

"Report" xəbər verir ki, bu barədə prezident İlham Əliyev ASC-nin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə fəramn imzalayıb.

Qərara əsasən, Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi səlahiyyəti Nazirlər Kabinetindən, Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi səlahiyyəti isə Əmlak Məsələləri Dövlət Komitəsindən alınaraq ASC-yə həvalə edilib.

Fərmanla müəyyən edilib ki:

- Cəmiyyətin, onun idarə, nümayəndəlik və filialları, habelə törəmə cəmiyyətləri tərəfindən Cəmiyyətin balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur;

Cəmiyyətin, onun idarə, nümayəndəlik və filiallarının, habelə törəmə cəmiyyətlərinin balansında olan əmlakın müstəqil qaydada (sistem daxilində) balansdan balansa, icarəyə və istifadəyə verilməsi, silinməsi (ləğvi) səlahiyyətlərini Cəmiyyət həyata keçirir.

- Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, beynəlxalq təcrübəni nəzərə almaqla, “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi