"Meliorasiya və irriqasiya haqqında" qanuna dəyişiklik MM-in plenar iclasına tövsiyə olunub

"Meliorasiya və irriqasiya haqqında" qanuna dəyişiklik MM-in plenar iclasına tövsiyə olunub Dəyişiklik "müvafiq icra hakimiyyəti orqanı" ifadəsinin dəqiqləşdirilməsini nəzərdə tutur
İnfrastruktur
7 Mart , 2017 11:47
Meliorasiya və irriqasiya haqqında qanuna dəyişiklik MM-in plenar iclasına tövsiyə olunub
Report.az

Bakı. 7 mart. REPORT.AZ/ Milli Məclisin Aqrar siyasət Komitəsinin bu gün keçirilən iclasında "Meliorasiya və irriqasiya haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunub.

"Report"un verdiyi xəbərə görə, dəyişiklik "müvafiq icra hakimiyyəti orqanı" ifadəsinin dəqiqləşdirilməsini nəzərdə tutur. Dəyişikliklə qanunun 12-ci maddəsinin dördüncü hissəsində "Meliorasiya və irriqasiya üzrə müvafiq" sözləri "müvafiq" sözü ilə əvəzlənir.

Belə ki, hazırda qanun layihəsinin 12-ci maddəsində deyilir ki, meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab olunur və yenidən alınması tələb olunmur. Dəyişikliklə "müvafiq və irriqasiya üzrə müvafiq" sözləri "müvafiq" sözü ilə əvəzlənəcək.

Qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi