Prezident İlham Əliyev Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisinə 1,8 milyon manat ayırıb

Prezident İlham Əliyev Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisinə 1,8 milyon manat ayırıb “Azəravtoyol” 3 yaşayış məntəqəsini birləşdirən yolun tikintisini həyata keçirəcək
İnfrastruktur
15 May , 2017 18:24
Prezident İlham Əliyev Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisinə 1,8 milyon manat ayırıb

Bakı. 15 may. REPORT.AZ/ Prezident İlham Əliyev mayın 15-də “Abşeron rayonunun Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, on altı min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,8 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi