Masazır və Ceyranbatan qəsəbələrində yeni yerüstü piyada keçidləri inşa olunub

Masazır və Ceyranbatan qəsəbələrində yeni yerüstü piyada keçidləri inşa olunub Sərnişin avtobuslarının giriş-çıxışını təmin etmək üçün xüsusi cibli hissələr də yaradılacaq
İnfrastruktur
14 İyul , 2017 12:44
Masazır və Ceyranbatan qəsəbələrində yeni yerüstü piyada keçidləri inşa olunub

Bakı. 14 iyul. REPORT.AZ/ Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda (Bakı-Sumqayıt yolu) daha 2 metal konsturiksiyalı yerüstü piyada keçidlərinin inşası yekunlaşıb. "Azəravtyol" ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, bu, yolun Masazır qəsəbəsindən keçən 13,7-ci və Ceyranbatan qəsəbəsindən keçən 27-ci km-lik hissələrindəki keçidlərdir.

"Hər iki ərazidə keçidlərin inşası başa çatdırılaraq son tamamlanma, dizayn işləri görülür. Masazır qəsəbəsi ərazisindəki biraşırımlı yerüstü piyada keçidinin uzunluğu 53 m, pilləkan hissələr də daxil olmaqla ümumi uzunluğu 81,4 m-dir. Ceyranbatan qəsəbəsində inşa edilən ikiaşırımlı yerüstü piyada keçidinin uzunluğu 40,5 m, piləkən hissələr də daxil olmaqla ümumi uzunluğu isə 69 m təşkil edir. Metal konstruksiyalı piyada keçidləri dəmir-beton dayaqlar üzərində qurulub. Üstü açıq olan keçidlərin yol səthindən hündürlüyü 5,5 m təşkil edir, qalereyasının eni isə 3 m-dir", - deyə məlumatda qeyd olunub.

“Azəravtoyol” ASC qeyd edir ki, hər iki keçidin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq, sərnişin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi cibli hissələr yaradılacaq, ərazidə lazımi yol nişanları quraşdırılacaq.

Son xəbərlər

Orphus sistemi