Mart ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 11,2% bahalaşıb

Mart ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 11,2% bahalaşıb Avtomobil nəqliyyatında sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb
İnfrastruktur
14 Aprel , 2015 19:53
Mart ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 11,2% bahalaşıb

Bakı. 14 aprel. REPORT.AZ/ Bu ilin mart ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 11,2%, sərnişindaşıma tarifləri isə 0,8% bahalaşıb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Statistika Komitəsindən bildirilib.

Hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 0,9%, digər xarici ölkələr üzrə 6,9% bahalaşma müşahidə olunub. Yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 4,2% ucuzlaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.

Dəniz nəqliyyatında yükdaşıma tarifləri MDB və digər xarici ölkələr üzrə müvafiq olaraq 30,2 və 32,2% bahalaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb.

Mart ayında boru kəməri vasitəsilə neftin və qazın nəql olunma tarifləri müvafiq olaraq 17,7 və 21,8% bahalaşmışıb. Avtomobil nəqliyyatında yükdaşıma tarifləri üzrə 0,1% bahalaşma qeydə alınıb, sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Son xəbərlər

Orphus sistemi