“Lufthansa” əməkdaşlarının 60%-dən çoxu üçün qısamüddətli iş icazəsi alacaq

“Lufthansa” əməkdaşlarının 60%-dən çoxu üçün qısamüddətli iş icazəsi alacaq Almaniyanın “Lufthansa” aviaşirkəti koronavirus (COVİD-19) səbəbi ilə uçuşların ləğv edilməsindən sonra mart və aprel aylarında şirkətin dünya miqyasında bəzi işçilərinə qısamüddətli iş icazəsi almaq üçün müraciət edib.
İnfrastruktur
1 Aprel , 2020 18:37
“Lufthansa” əməkdaşlarının 60%-dən çoxu üçün qısamüddətli iş icazəsi alacaq

Almaniyanın “Lufthansa” aviaşirkəti koronavirus (COVİD-19) səbəbi ilə uçuşların ləğv edilməsindən sonra mart və aprel aylarında şirkətin dünya miqyasında bəzi işçilərinə qısamüddətli iş icazəsi almaq üçün müraciət edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, qısamüddətli iş icazəsi ümumilikdə 87 min işçini əhatə edəcək.

Qeyd edək ki, “Swiss International”, “Austrian Airlines” və “Brussels Airlines”in də sahibi olan “Lufthansa”nın ümumilikdə 138 min işçisi var. Uçuşlar ləğv olunduqdan sonra “Lufthansa”ın 760 təyyarəsindən təxminən 700-nün uçuşu dayandırılıb.

“Koronavirus epidemiyası uzun müddət davam etsə, hava nəqliyyatı sektoru dövlət yardımı olmadan yaşaya bilməyəcək”, - deyə şirkətin baş direktoru Karsten Spohr bildirib.

Son xəbərlər

Orphus sistemi