​Lənkəranda dağılan körpüdə nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib

​Lənkəranda dağılan körpüdə nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib Sürücülər yenidən bu körpüdən istifadə edə bilər
İnfrastruktur
20 İyun , 2015 13:34
​Lənkəranda dağılan körpüdə nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib

Bakı. 20 iyun. REPORT.AZ/ Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 186-cı kilometrliyində, Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay çayı üzərində yerləşən və qəzalı vəziyyətə düşmüş körpü qısa müddət ərzində bərpa edilərək, yenidən sürücülərin ixtiyarına verilib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, aparılmış əsaslı təmir-bərpa işləri nəticəsində körpünün dayaqları və dayaqüstü tirlər istisna olmaqla, aşırım tirləri yenilənib, körpüdə yeni seysmik sütunlar quraşdırılıb, yolun hərəkət hissəsinə monolit dəmir-beton üzlük döşənib, təkərqaytaranlar düzəldilib, dəmir mühəccərlər yenilənib, körpüyə giriş hissələrdə 6 metr uzunluğunda dəmir-beton plitələr tikilib. Bundan başqa, körpünün ümumi eni 9 metrdən 11 metrə çatdırılıb. Nəticədə körpünün hərəkət hissəsinin eni 8 metr olub.

Xatırladaq ki, bu ilin may ayının 13-də Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay çayı üzərində yerləşən körpüdə ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində 3 ədəd aşırım tiri sınmışdı. Nəticədə körpü qəzalı vəziyyətə düşmüşdü və nəqliyyatın hərəkəti burada tam məhdudlaşdırılmışdı. Körpü üzərində nəqliyyatın hərəkətinin intensivliyini nəzərə alan “Azəryolservis” nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti üçün ərazidə 2 ayrı alternativ yol açaraq, körpü üzərində əsaslı təmir-bərpa işlərinə başlamışdı.

Qeyd edək ki, körpü 1961-ci ildə inşa edilib. 3 aşırımdan ibarət, ümumi uzunluğu 50 metr olan körpünün hərəkət hissəsinin eni isə 7 metr idi.

Son xəbərlər

Orphus sistemi