Yuxarı

Lənkəran-Lerik avtomobil yolunda yeni körpü inşa olunur

Yeni inşa edilən körpünün uzunluğu 19 metr, eni isə 4,5 metr olacaq

Bakı. 6 may. REPORT.AZ/ Bir müddət əvvəl yağan intensiv yağışlar nəticəsində Lənkəran-Lerik avtomobil yolunun 36-cı kilometrliyindən Təbrizli kəndinə gedən yol üzərində sel sularının dağıtdığı dəmir körpünün yerində yeni körpü inşa edilir.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən “Report”a bildirilib ki, hazırda yeni körpünün dayaqlarının inşası aparılır. Buna paralel olaraq suların körpünün dayaqlarına ziyan vurmaması üçün su tənzimləyici qurğunun da tikintisi həyata keçirilir: "Tikinti işləri tərtib olunan qrafikə uyğun aparılır və tez bir zamanda yekunlaşdırılması nəzərdə tutulub".

Hərəkətin dayanmaması məqsədilə çayın avtonəqliyyat vasitələrinin məcrası hamarlanmaqla müvəqqəti olaraq keçid təmin olunub.

Qeyd edək ki, SSRİ dövründə dəmir konstruksiyadan yığılan və istismar müddəti bitən körpünün uzunluğu 32 metr, eni isə 3,5 metr olub. Yeni inşa edilən körpü isə dəmir-beton konstruksiyalı olmaqla uzunluğu 19 metr, eni isə 4,5 metr olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi