Kürdəmir-Karrar dəmir yolunun təmirinə başlanılıb

Kürdəmir-Karrar dəmir yolunun təmirinə başlanılıb Təmir işləri bir həftə davam edəcək
İnfrastruktur
25 Sentyabr , 2017 11:43
Kürdəmir-Karrar dəmir yolunun təmirinə başlanılıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bu gün Bakı-Böyük Kəsik istiqamətində Kürdəmir-Karrar mənzilində 8,7 km uzunluğunda yolun əsaslı təmirinə start verilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir. Təmir işləri bir həftə davam edəcək.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin II mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkətləri arasında “Azərbaycan Respublikası dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci il oktyabrın sonunda başlanılıb və bu günə kimi 350 km dəmir yolu əsaslı təmir olunub.

Son xəbərlər

Orphus sistemi