Yuxarı

Kür çayı üzərində inşa edilən unikal körpünün görüntüləri yayılıb - VİDEO

Körpü suyun səviyyəsindən 15 metr hündürlükdə inşa edilib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Salyan rayonunda, Kür çayı üzərində inşa edilən körpünün görüntüləri yayılıb. 

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, 5 aşırımdan ibarət körpünün uzunluğu 362,9 metr, eni isə 29,8 metrdir. 

Körpü suyun səviyyəsindən 15 metr hündürlükdə inşa edilib. O, 9 ballıq seysmik, A 15 və NK-100 müvəqqəti yük təsirinə hesablanıb.

Körpünü unikal edən cəhətlər isə onun inşasında ilk dəfə olaraq konsollardan istifadə edilməsi və layihəsinin öz konstruktiv həllinə görə xüsusi konstruksiyalar qrupuna daxil olmasıdır.  



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi